"Şarjın olmaması" pilin (bateryanın) boşalması deməkdir, o zaman pili "doldurmaq" gərək. "Şarj" sözcüyü yerinə "dolgu" deyəbilərik, "şarjer" yerinə də, "doldurac".
Bir də, Güney Azərbaycan`da xalqımız, "şarj" sözcüyünü "kontor" anlamında da işlədir, burada da pilin bitməsi ilə pulun bitməsi bəlli olmayır. "Kontor" (ya da bazılarının diliylə "pul şarjı"!), "qullanım qarşılıq dəyəri" anlamına işlənir. "Kontor", "sayıcı" deməkdir, və bu doğru bir anlam deyildir. Mən "qullanım qarşılığı dəyəri" anlamından yararlanaraq "dəyərcə" sözcüyünü önərirəm. Ana dilimizdə bunun gibi başqa sözcüklərimiz də vardır: tüklücə, qızılca...

Örnək tümcələr:
* Ceb telefonumun dolgusu bitdi, dolduracın var mı?
* Dizüstümün dolgusu bitmək üzərə, lütfən dolduracımı verirsən mi?
* Dəyərcəm yoxdur, lütfən mənə zəng vur.
* Lütfən, otobüs bilet kartıma 3000 tümənlik dəyərcə yükləyin.