Olub geçən bir çox hadisənin sözü, gündən günə, dildən dilə, dəyişsə də günümüzə dək gəlib çatabilir ancaq onları xalqın sözləri arasından tapmaq gərəkdir. köç, Türklüyün ən böyük hadisələrindən biridir. İndi, bilimsəl araşdırmalar ışığında haçağ və haradan gəldiyimizi öyrənəbilirik ancaq oxur-yazarsız insanlar da “köç xatirəsi”ni unutmamışlardır:

Bizim köyümüz, İran Azərbaycanı Ucan (Bostananabad) ilçəsində yerləşmiş Təndirağac`dır. Uşaqlığımda, Bir gün köyümüzdə, kim olduğunu unutduğum bir oğlanla, dam qırağında,  oturur danışərdıq. O, məndən azca böyükdü və dolaydan geçən qızlara söz atırdı.

Mən kimliyimizdən söz saldım, o da, “biz, buraya Kürdistan`dan köçmüşük” dedi. Belə bir mit, qonşu köy, Zəngbar`da da deyilməkdədir (Zəngbar, anamın anası köyüdür). Demək, bu köylülər haradan gəldiyimizi unutsalarda “köç xatirəsi”ni dildən dilə günümüzə qədər yaştmışlardır.

 

Açar sözlər: köç xatirəsi (göç hatırası)

Yer adları: İran Azərbaycanı, Ucan ilçəsi (Bostananabad rayonu (xalq ağzında Bostanava)), Kürdistan, Təndirağac köyü, Zəngbar köyü